İyulun 14-dək Gürcüstanın bəzi bölgələrində qısamüddətli yağış və şimşək çaxması davam edəcək
Ətraf Mühit üzrə Milli Agentlikdən verilən məlumata görə, Gürcüstanın bəzi yerlərində qısamüddətli yağış və şimşək çaxması iyulun 14-dək davam edəcək.
Qərbi Gürcüstanın aran rayonlarında gündüz saatlarında havanın temperaturu +30, +35 dərəcə olacaq, Şərqi Gürcüstanın aran bölgələrində 9-10 iyul tarixlərində havanın nisbətən sərin olacağı(+23, +28 dərəcə) proqnozlaşdırılır. Sonrakı günlərdə temperatur 4-5 dərəcə yüksələcək.
Paytaxta gəlincə, sinoptiklərin proqnozlarına görə, Tbilisidə qısamüddətli yağış yağacağı gözlənilir. İyulun 9-u və 10-da havanın temperaturu +25, +27 dərəcə olacaq və daha sonra temperatur +33, +35 dərəcəyə qədər yüksələcək.