Ətraf Mühit üzrə Milli Agentliyin verdiyi məlumata görə, Gürcüstanda iyulun 13-dən şimşək çaxacağı, bəzi yerlərdə güclü yağış yağacağı gözlənilir , dolu və güclü külək əsməsi də mümkündür.
” Gözlənilən güclü yağışlar Gürcüstanın kiçik çaylarında su səviyyəsinin artmasına, məcrasından çıxmasına, ölkənin dağlıq ərazilərində isə torpaq sürüşməsinə səbəb ola bilər” – deyə Ətraf Mühit üzrə Milli Agentlikdən bildirilib.