İyulun 1-dən yanğın söndürənlərin maaşı 20 faiz ilə artacaq

Yanğın-xilas etmə sidmətinin əməkdaşlarının maaşı 20 faiz ilə artacaq.

Bu barədə məlumatı öz Facebook səhifəsində Fövqəladə Hallar Xidmətinin rəhbəri Giorgi Mğebrişvili verir.

Onun yaydığı məlumata görə, yanğın söndürənlərin maaşları mərhələ şəklində artmağa davam edəcək.

Yanğın söndürənlərin maaşlarının artacağı barədə bəyanatı ilk dəfə yeni baş nazir Mamuka Baxtadze parlamentin növbədən kənar iclasında vermişdi.