İyulun 1-dən "Tbilisi Energy"nin qeyri-məişət istehlakçıları üçün təbii qazın qiyməti dəyişəcək
İyulun 1-dən "Tbilisi Energy"nin qeyri-məişət istehlakçıları üçün təbii qazın qiyməti dəyişəcək

 
İyulun 1-dən “Tbilisi Energy”nin qeyri-məişət istehlakçıları üçün təbii qazın qiyməti dəyişəcək.
Bu barədə məlumatı MMC “Tbilisi Energy” yayır.

Şirkətdən də qeyd etdikləri üzrə, qeyri-məişət istehlakçılara tədarük ediləcək  təbii qazın qiyməti əlavə dəyər vergisi daxil olmaqla bir kubmetr üçün 1,35 (bir lari və 35 tetri) lari müəyyən ediləcək.

Bununla yanaşı, “Tbilisi Energy” şirkətində təbii qazın qiymətinin məişət istehlakçıları üçün bahalaşmayacağı deyilir.

“Bildiyiniz kimi, MMC “Tbilisi Energy” paytaxtın ən böyük təbii qaz paylayıcı lisenziyatıdır və təxminən yarım milyon abunəçiyə, o cümlədən 20 000-ə qədər qeyri-məişət istehlakçıya xidmət göstərir. Bununla birlikdə, şirkətin əsas lisenziya şərti istehlakçıların təhlükəsiz, fasiləsiz və etibarlı qaz təchizatıdır. Bildiyiniz kimi, şirkət təbii qaz idxal edir. Müvafiq olaraq təchizatçılar tərəfindən qiymətlərə düzəlişin edilməsi mütləq tariflərə təsir göstərir.

Son zamanlar dünya bazarında təbii qazın qiyməti kəskin artıb və artım tendensiyası bu günə qədər qorunub saxlanılır. Buna baxmayaraq, gürcü biznesinin inkişafına təkan vermək üçün MMC “Tbilisi Energy” bu günədək tarif artımının qarşısını almaq üçün təbii qazın alış və satış qiymətləri arasındakı fərqi öz resursları ilə balanslaşdırmağa çalışıb. MMC “Tbilisi Energy” üçün qeyri-məişət qazının alış qiymətinin 2022-ci ilin iyulun 1-dən yenidən artacağını nəzərə alaraq, şirkət təbii qazın satın alınması prosesinin ləngiməməsi və istifadəçilərin fasiləsiz qaz təminatı üçün qiymətə düzəliş etmək məcburiyyətindədir. Yuxarıda qeyd olunanlardan irəli gələrək, 2022-ci il iyulun 1-dən şirkətin qeyri-məişət istehlakçılara tədarük edəcəyi təbii qazın qiyməti əlavə dəyər vergisi daxil olmaqla bir kubmetr üçün 1,35 (bir lari və 35 tetri) lari müəyyən ediləcək. Bahalaşmaya baxmayaraq, MMC “Tbilisi Energy”nin qeyri-məişət istehlakçıları üçün təbii qazın qiyməti ölkə miqyasında ən aşağı olacaq. Xüsusilə vurğulamaq istərdik ki, təbii qazın qiyməti məişət istehlakçıları üçün bahalaşmır.