İyulun 1-dən Saburtalo və İsani rayonlarının konkret ünvanlarında zonal-saatlı dayanacaqlar fəaliyyətə başlayacaq
İyulun 1-dən Saburtalo və İsani rayonlarının konkret ünvanlarında zonal-saatlı dayanacaqlar fəaliyyətə başlayacaq

 
İyulun 1-dən Saburtalo və İsani rayonlarının konkret ünvanlarında zonal-saatlı dayanacaqlar fəaliyyətə başlayacaq. Saburtalo ərazisinin Kostava və Jiuli Şartava küçələrinin hissəsində, Qiorqi Saakadze enişində və digər bitişik küçələrdə zonal-saatlı dayanacaqlar yaradılacaq, burada həmçinin fiziki məhdudiyyətli şəxslər və elektrik avtomobilləri üçün xüsusi enerji doldurma yerləri nəzərdə tutulacaq.

Tbilisi meriyasının məlumatına görə, vətəndaşların müvafiq ünvanlar üzrə qeydiyyatdan keçə bilmələri üçün , Saburtaloda parkinq köşkləri iyunun 1-də aşağıdakı ünvanlarda yerləşdiriləcək: Merab Kostava küçəsi (İdman Sarayının yanı), Ana Kalandadze küçəsi N3, Vaxtanq Chabukiani küçəsi N2, Simon Kandelaki küçəsi N7, Quram Panjikidze küçəsi N22a, Serqo Zakariadze küçəsi N8, Vaja-Pşavela prospekti N71b, Mixeil Şavişvili küçəsi (Vaja-Pşavela prospekti, 4-cü kvartal, korpus N5), Elizbar Mindeli küçəsi (Vaja-Pşavela prospekti, 5-ci kvartal,korpus N4) .

Verilən məlumatda, həmçinin İsani rayonunda, “Samqori” metrostansiyasının yaxınlığında, konkret olaraq Mevele küçəsində zonal- saatlı dayanacaqlar fəaliyyətə başlayacaq. Adıçəkilən küçənin sakinləri Mevele küçəsi N7/9 ünvanında yerləşən məlumat köşkündə qeydiyyatdan keçə biləcəklər.