İyulun 1-dən dövlət idarələrinin və hüquqi şəxslərin avtomobillərinin texniki inspeksiyası başlayacaq
İyulun 1-dən dövlət idarələrinin və hüquqi şəxslərin avtomobillərinin texniki inspeksiyası başlayacaq

2018-ci ilin iyulun birindən dövlət idarələri və hüquqi şəxslərin avtomobillərinin periodik texniki inspeksiyası başlayacaq.

Gürcüstanın İqtisadiyyat Nazirliyinin məlumatına görə, periodik texniki inspeksiyasından maneəsiz keçmək Gürcüstan miqyasında fəaliyyət göstərən 32 akkreditə edilmiş inspeksiya mərkəzində mümkündür.

“Periodik texniki inspeksiya prosesinin asanlaşdırılması və xidmətin yaxşılaşdırılması məqsədi ilə, veb-səhifə (www.pti.ge) yaradıldı, hansının vasitəsi ilə, istifadəçinin inspeksiya mərkəzinə getməsinin günü və tarixi planlaşdırıla bilər. Qeyd olunan veb-səhifə 2018-ci ilin yanvar ayından hər bir istifadəçi üçün əlyetərli olacaq” – deyilir İqtisadiyyat Nazirliyinin bəyanatında.

Bununla yanaşı, inspeksiya mərkəzinin qaynar xətti də çalışmağa başladı – 1484, hansından inspeksiya mərkəzi haqqında məlumat ala bilərsiniz.