İvane Maçavarianinin bəyanatına görə, iqtidar yaxın gələcəkdə parlamentə yeni təşəbbüs təqdim edəcək, hansına əsasən, pensiyaların hər il artması zəmanət ediləcək
İvane Maçavarianinin bəyanatına görə, iqtidar yaxın gələcəkdə parlamentə yeni təşəbbüs təqdim edəcək, hansına əsasən, pensiyaların hər il artması zəmanət ediləcək

İqtidar yaxın gələcəkdə parlamentə yeni təşəbbüs təqdim edəcək, hansına əsasən, pensiyaların hər il stabil şəkildə artması zəmanət ediləcək.

Pensiyaların indeksasiyası təşəbbüsü ilə bağlı bu gün Maliyyə Naziri İvane Maçavariani danışdı.

Onun dediyinə görə, bu mövzu illərdir gündəmdə qalırdı.

“2020-ci ilin yanvar ayından pensiyalar artdı, həmçinin iyulun birindən 70 yaşı keçən şəxslər üçün pensiya yenə 30 lari ilə artacaq. Büdcəmizin çətin vəziyyətdə olmasına rəğmən, biz söz verdiyimiz təşəbbüsü yerinə yetirməyi vacib və aktual hesab etdik. Bununla yanaşı, gələcəkdə pensiyaların artması qaydaları haqqında da müzakirə aparılır” – dedi Maliyyə Naziri.

Maliyyə Nazirinin dediyinə görə, pensiyaların hansı məbləğlə artması inflyasiya və iqtisadi artım göstəricilərindən asılı olacaq. Söhbət ən az 20-25 laridən gedir.

“Gürcüstan tarixində pensiyalar 20 laridən artıq məbləğlı ilk dəfə artır. Elə illər olub ki, pensiya 20 lari ilə artıb, yada heç artmayıb. Biz isə, cari ildə, 70 yaşdan yuxarı olan pensionerlərin pensiyasını 25-30 lari ilə artıracağıq və bu stabil şəkildə davam edəcək” – dedi nazir.