Gürcüstanın Maliyyə Naziri İvane Maçavariani istefa etdi.
Bu barədə bəyanatı Maçavariani sosiyal şəbəkədən yaydı.
İvane Maçavariani qeyd etdi ki, istefa verməyi keçən ilin sonundan planlayırdı, 2021-ci ilin böhranlı büdcəsinin təsdiqlənməsi prosesinin uzanmasına və Beynəlxalq Valyuta Fondu ilə apardığı intensiv danışıqlara görə istefasını müvəqqəti olaraq, təxirə salmışdı.