İvane Maçavariani - Maaşların artırılmasını dayandırdıq, premiyaları məhdudlaşdırdıq, ancaq pensiyaların artması davam edəcək
İvane Maçavariani - Maaşların artırılmasını dayandırdıq, premiyaları məhdudlaşdırdıq, ancaq pensiyaların artması davam edəcək

Pensiyaların artması ilə bağlı vəd yerinə yetiriləcək, – bu barədə bəyanatı Maliyyə Naziri İvane Maçavariani anti-krizis büdcəsi layihəsinin təqdimatından sonra verdi.

Onun dediyinə görə,cari ilin əvvəlində bütün pensionerlərin pensiyası 20 lari ilə artdı.

“Maaşların artırılmasını dayandırdıq, premiyaları məhdudlaşdırdıq, ancaq pensiyaların artması davam edəcək. Pensiyaların ildən ilə artma tendensiyası qanuna yazılacaq və heç bir iqtidar onu dəyişməyəcək” – dedi Maliyyə Naziri.