İvan Korçok - Gürcüstan, Moldova və Ukrayna geosiyasətin qurbanı olmamalıdırlar, hər birinin Aİ-yi istiqamətində yolu fərdidir, Gürcüstanın şərtlərə əməl edəcəyi təqdirdə status alacağına əminəm
İvan Korçok - Gürcüstan, Moldova və Ukrayna geosiyasətin qurbanı olmamalıdırlar, hər birinin Aİ-yi istiqamətində yolu fərdidir, Gürcüstanın şərtlərə əməl edəcəyi təqdirdə status alacağına əminəm

 

Slovakiyanın xarici işlər naziri İvan Korçokun sözlərinə görə, Avropa Komissiyası tərəfindən Gürcüstan, Ukrayna və Moldovaya verilən rekomendasiyalara yönəlik geniş dəstək var.

Onun sözlərinə görə, Slovakiya hər üç ölkənin Avropa perspektivini dəstəkləyir.

Bununla yanaşı, İvan Korçok hər üç ölkənin Aİ-də yaşamaq arzusunu ifadə etdiyini, buna görə də onların geosiyasətin qurbanına çevrilməməli olduğunu bildirib.

“Biz hesab edirik ki, bu, görünməmiş vəziyyətdə, yəni Ukraynadakı müharibə şəraitində qəbul edilmiş görünməmiş bir qərardır. Slovakiya hər üç ölkənin Avropa perspektivini dəstəkləyir. Rekomendasiyada yerinə yetirilməli olan konkret şərtlər var, lakin fikrimcə sonda bu, Rusiyanın təcavüzünə və üç ölkənin və onların vətəndaşlarının öz gələcəklərini Aİ-də görmələri faktına qəti cavab olacaq. Bu qərarda geosiyasət olmamalıdır, çünki hər üç ölkə Aİ-də yaşamaq istəyini ifadə edib, buna görə də onlar geosiyasətin qurbanı olmamalıdırlar. Bizim nail olmaq istədiyimiz məhz budur, hər bir ölkənin Aİ-yə yolu fərdidir və layiq olmasından asılıdır. Bizim Gürcüstanla çox yaxşı münasibətlərimiz var və biz onu dəstəkləyirik. Əminəm ki, Gürcüstan şərtləri yerinə yetirsə, status alacaq” – deyə Slovakiyanın xarici işlər naziri bu gün keçirilən Aİ-nin xarici işlər nazirlərinin görüşündən sonra bildirib.