IV hərbi briqadanın yüzlük dəstəsi Əfqanistanda səlahiyyətlərini rəsmi şəkildə təhvil etdi

Gürcüstanın silahlı qüvvələrinin IV briqadasının yüzlük dəstəsi rəsmi olaraq, “Qəti dəstək” missiyasına qoşuldu.

Müdafiyə Nazirliyinin bəyanatına görə, səlahiyyətlərin təhvil edilmə mərasimi Mazari-Şarifdə, alman hərbi bazası “Marmalda” keçirildi.

IV briqadanın yüzlük dəstəsi səlahiyyətini III piyada briqadanın gücləndirilmiş yüzlüyündən təhvil edildi.

Mərasim Gürcüstan himni ilə başladı.

Mərasimdə iştirak edənlər bir dəqiqəlik sükutla, Gürcüstanın ərazi bütövlüyü üçün həlak olan gürcü əsgərlərinin xatirələrini yad etdilər.