İtaliyanın baş naziri Mario Draqi postunu tərk edir
İtaliyanın baş naziri Mario Draqi postunu tərk edir

 

Siyasi böhran səbəbindən İtaliyanın baş naziri Mario Draqi postunu tərk edəcək . Bu barədə məlumatı İtaliya hökumətinə istinadən Qərb mətbuatı yayır.

Mətbuatın yazdığı üzrə , Draqi hökuməti Senatda etimadsızlıq səsverməsindən xilas olub, lakin koalisiyanın əsas müttəfiqi olan populist 5 Ulduz Hərəkatının (5SM) səsverməni boykot etməsi səbəbindən onun hökumətinin gələcəyi şübhə altındadır.

Qərb mətbuatının da yazdığı üzrə, “5 Ulduz Hərəkatı”nın üzvləri etimad səsverməsi ilə əlaqələndirilən enerji qiymətinin kəskin artırılması ilə bağlı güzəştlər haqqında qanunlayihəyə qarşı olduqları üçün səsvermədə iştirakdan imtina ediblər. Media, Draqinin 39 səs əleyhinə 172 səs qazandığını, lakin boykotun onun hökuməti üçün açıq bir təhlükə olduğunu yazır.