İtaliyadan qayıdan koronaviruslu Gürcüstan vətəndaşı izolyasiyada idi

İtaliyadan gələn və koronavirusa yoluxduğu təsdiqlənən vətəndaş izolyasiyada idi.

Bu barədə bəyanatı Xəstəliklər Nəzarətinin Milli Mərkəzinin direktor müavini Paata İmnadze bu gün keçirdiyi brifinqdə verdi.

Onun dediyinə görə, xəstələnən vətəndaşla eyni təyarədə olanlar da yoxlanışdan keçdilər.

Həkimlərə müraciət edib, özünü izolyasiya edən vətəndaşa Paata İmnadze təşəkkür etdi.

İnfeksiya xəstəxanasının rəhbəri Marina Ezuqbaianın dediyinə görə isə, hazırda xəstəxananın xüsusi bölməsinə 25 pasient yerləşdirilib.

Hazırda Gürcüstanda koronavirusa yoluxanların sayı 3-dür.

Onlardan ikisi İranda xəstələnib, digəri isə, İtaliyada.

Xəstələnən üç şəxslərdən birinin, 44 yaşlı kişinin temperatur dərəcəsi 38-dən aşağı düşmür.