İtaliyada turistləri daşıyan avtobusun estakadadan aşması nəticəsində azı 21 nəfər ölüb
İtaliyada turistləri daşıyan avtobusun estakadadan aşması nəticəsində azı 21 nəfər ölüb

İtaliyada turistləri daşıyan avtobusun estakadadan aşması nəticəsində azı 21 nəfər ölüb, 18 nəfər yaralanıb. Məlumatı “Reuters” yayıb.

Hadisə Venesiya yaxınlığında baş verib. Avtobus yoldan çıxıb və Venesiya ilə körpü ilə birləşdirilən Mestre bölgəsində dəmir yolu xətlərinin yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində avtobus yanıb.

Yaralılardan 5-nin vəziyyəti ağırdır. Qəzanın səbəbi hələlik məlum deyil. Versiyalardan birinə görə, avtobus sürücüsü, ölənlər arasında olan 40 yaşlı italyan qəzadan əvvəl özünü pis hiss edib.

İtaliyanın baş naziri Corcia Meloni hadisəyə münasibət bildirib və mərhumun ailələrinə və yaxınlarına başsağlığı verib.