İtaliyada koronavirusla xəstələnən 71 yaşlı kişi xəstəxanadan qaçdı
İtaliyanın Komo şəhərində koronavirusla xəstələnən 71 yaşlı kişi xəstəxanadan qaçdı.
İtalyan nəşriyyatı “Koriera De La Sera”-nın yaydığı məlumata görə, bir neçə gün öncə koronavirusa yoluxduğu bilinən kişiyi Berqamo xəstəxanasından Komo xəstəxanasına apardılar və infeksiya xəstəlikləri izolyatoruna yerləşdirdilər.
Qəzetin məlumatına görə, 71 yaşlı adam özünü yaxşı hiss edirdi və əşyalarını yığıb, xəstəxanadan çıxıb, taksi ilə qaçdı.
Baş verənlə bağlı xəstəxana personalı polisə xəbər verdi və karabinerlər adamı tez zamanda tapıb, palataya qaytardılar.
Pasient öz hərəkətini onunla açıqlayır ki, oğlu həkimdir və gərəkdiyi halda ona yardım edərdi.
Xəstəyi aparan taksi sürücüsü deyib ki, kişinin koronaviruslu olduğunu bilmirdi. Hazırda taksi sürücüsü də izolyatora yerləşdirilib.