İtaliya turistlər üçün açıldı.
BBC-nin məlumatına görə, Avropada karantin tədbirlərinin və məhdudiyyətlərin aradan qaldırılması mərhələ şəklində davam edərkən, İtaliya bir çox ölkənin turistləri üçün sərhədini açdı.
Məhdudiyyətlər ölkə daxilində səyahətlər üçün də ləğv edildi və əhali maneəsiz şəkildə ölkənin müxtəlif regionlarına gedə bilər.
“Biz bütün riskləri gözə aldıq, ancaq bu vəziyyəti qəbul etməliyik, əks təqdirdə, adi həyat rejimini heç bir zaman bərpa edə bilməyəcəyik” – dedi İtaliyanın baş naziri Cuzeppe Konte.
İtaliyada artıq Kollosseum kimi turist məntəqələri də açılıb.
Avropa miqyasında İtaliya koronavirusdan ən çox zərər görən bir ölkədir, harda infeksiyanın 230 min halı qeydə alındı, 33 500-dən çox insan həlak oldu.