İtaliya ilə on birinci, tarixi matç -canlı reportaj Gürcüstanın Birinci Kanalında #1TVSPORT
İslandiyadakı qələbədən sonra basketbol üzrə dünya çempionatının final mərhələsinə gedən yol daha da aydın oldu. İlk oyununu bu gün “Tbilisi Arena”da İtaliyaya qarşı keçirəcək Gürcüstan millisinin seçmə mərhələdə cəmi 3 oyunu qalıb. Gürcüstanın Birinci Kanalı canlı reportajı təqdim edəcək.
Gürcüstan
Komandamız İslandiyadan çarter reysi ilə qayıdıb və uçuşun yaratdığı diskomfortu minimuma endirib. Basketbolçular oyunöncəsi məşq zamanı da özlərini yaxşı hiss etdiklərini və mübarizəyə hazır olduqlarını qeyd ediblər.
İtaliya millisinin baş məşqçisi Canmarko Potsekonun bizim ön xəttdə olanlardan ehtiyat etməsi fonunda, İlias Zurosun əsas qayğısı üçxallıqlardır – İslandiyadan fərqli olaraq İtaliyanın yüksək səviyyəli oyunçuları var və perimetrdən dəqiq zərbələr onların əsas üstünlüyüdür.
İlias Zuros:
“İtaliya millisi yaxşı oynayan, güclü komandadır. Avroliqa oyunçuları var və keyfiyyətli basketbol nümayiş etdirir. Buna əvvəlki turda bir daha əmin olduq – İtaliya İspaniya ilə sona qədər mübarizə apardı və əlavə vaxtda məğlub oldu. İslandiyada bizim də çətin mübarizəmiz oldu , lakin komanda az-çox özünü yaxşı bərpa edə bildi və İtaliya ilə matça hazırdı”.

İtaliya
Mövsümün ortasında bəzi Avroliqa klubları basketbolçuları milli komandaya buraxmır. “Milan” belədir, onun aparıcı oyunçuları “Skuadra Azura”ya kömək edə bilmirlər. Lakin , millinin heyətində ikinci Avroliqa klubu, Bolonyanın “Virtus”unun dörd oyunçusu var – Manion və Paiola İtaliyaya, Şengelia-Gürcüstana, baş məşqçi Skariolo isə İspaniyaya qoşulub.
Komanda oyunu, sürətli və üçxallığa diqqət-İtaliyanın oyun üslubu “EuroBasket”də də özünü göstərib. Komandaya əlavə enerji gətirən baş məşqçi Canmarko Potseko böyük üstünlükdür.
Canmarko Potseko:
“Gürcülərin güclü məşqçisi və yaxşı komandası var. Şenqelia və Şermadinidən böyük təhlükə gözləyirik. Onlar yüksək səviyyəli basketbolçulardır və onları qalxan altında saxlamaq çətindir. Üstəlik, ön xəttdə bir neçə aparıcı basketbolçumuz çatışmır.
Qrupdan kim çıxacaq? İspaniya, əlbəttə. Biz də mübarizə aparırıq, Gürcüstan da yaxşı komandadır, lakin İslandiyanı və Ukraynanı da unutmamalıyıq. Oyundan və turnir vəziyyətindən asılı olaraq ilk üçlüyə düşə bilərlər”.

Turnirin vəziyyəti
Gürcüstan millisi İslandiya kimi seçmə mərhələnin bitməsinə üç tur qalmış hesabına 4 qələbə yazdırıb və dünya çempionatının final mərhələsinə çox yaxındır. Bunun üçün komandamız qrupda ilk üçlükdəki yerini qoruyub saxlamalıdır.
Qalan matçlar:
14 noyabr 2022-ci il
18:00 Ukrayna-İslandiya
19:00 Gürcüstan-İtaliya
23:30 İspaniya-Hollandiya
.
23 fevral 2023-cü il
İslandiya-İspaniya
Hollandiya-Gürcüstan
İtaliya-Ukrayna
26 fevral 2023-cü il
Ukrayna-Hollandiya
Gürcüstan-İslandiya
İspaniya-İtaliya
Ən yaxşı 3 komanda 2023-cü ilin Dünya Çempionatında oynamaq hüququ qazanacaq.
Qarşılıqlı görüşlər
Bu gün Gürcüstan millisi on birinci dəfə İtaliya ilə qarşılaşacaq. Komandamız indiyədək iki dəfə (2015 və 2017-ci illərdə) qələbəyə çox yaxın olsa da, son saniyələrdə məğlub olub.
Komandaların tərkibinə nəzər salsaq, əminliklə deyə bilərik ki, bu gün də bərabər oyun olacaq və Gürcüstan millisinin onuncu cəhddə ilk dəfə İtaliyanı məğlub etmək üçün real şansı var.
28.02.1998 “EuroBasket”in seçmə mərhələsi
İtaliya-Gürcüstan 90:43
27.02.1999 “EuroBasket”in seçmə mərhələsi
Gürcüstan-İtaliya 64:105
22.06.2004 Dostluq oyunu
İtaliya-Gürcüstan 100:76
06.08.2006 Dostluq oyunu
İtaliya-Gürcüstan 112:48
12.08.2006 Dostluq oyunu
İtaliya-Gürcüstan 80:51

16.08.2015 Dostluq oyunu
Gürcüstan-İtaliya 67:87
28.08.2015 Dostluq oyunu
İtaliya-Gürcüstan 91:90
25.08.2017 Dostluq oyunu
İtaliya-Gürcüstan 73:65
06.09.2017 EuroBasket 2017
İtaliya-Gürcüstan 71:69
27.08.2022 Dünya Çempionatının seçmə mərhələsi
İtaliya-Gürcüstan 91:84