İsveçrə dünya ölkələrinin əksəriyyətini və onların arasında Gürcüstanı "Qırmızı zonadan" çıxartdı

İsveçrə dünya ölkələrinin əksəriyyətini və onların arasında Gürcüstanı “Qırmızı zonadan” çıxartdı.

Bunun səbəbi isə, İsveçrədə koronavirusa yoluxma hallarının kəskin şəkildə artmasıdır.

Yenilənmiş məlumatı İsveçrənin Federal İctimai Sağlıq Ofisi yayır.

Qırmızı zonalara elə ölkələr və regionlar daxil olacaq, hansılarda koronavirus hallarının sayı 100 min ilə İsveçrədən artıq olacaq.

Beləliklə, İsveçrənin Federal İctimai Sağlıq Ofisinin veb-səhifəsində yayılan məlumata əsasən, “Qırmızı zonada” – Andora, Belçika, Çexiya və Ermənistan kimi ölkələrdir.

Bununla yanaşı, “Qırmızı zonaya” Fransanın bir neçə regionu da daxildir.

Qeyd olunan ölkələrdən gedən şəxslər İsveçrədə 10 günlük karantindən keçməli olacaqlar.

Qeyd edək ki, oktyabrın 28-də, İsveçrədə koronavirusun rekord göstəricisi qeydə alındı – bir gündə 8 616 hal.

Epidemioloji vəziyyətin ağırlaşmasına görə, federal iqtidar ölkədə məhdudiyyətlərin sərtləşdiriləsi ilə bağlı bəyanat yaydı.

Məsələn, restoranlarda və barlarda bir masa arxasında dörd nəfərdən artıq insanın oturması qadağandır və barlar və restoranlar saat 11:00-a qədər işləyəcəklər.

Həmçinin, 50 nəfərdən artıq insanın iştirak etdiyi kütləvi tədbirlərin keçirilməsi qadağan edildi.

Ailə tədbirlərində 10-dan artıq nəfərin iştirak etməsi qadağandır.

İdman tədbirlərində iştirak edənlərin sayı 15-dən artıq olmamalıdır.

Noyabrın 2-dən ali məktəblərdə təhsil distansiyalı formatda davam edəcək.

Bununla yanaşı, ölkədə tibbi maskanın taxılması necə qapalı, eləcə də açıq yerlərdə icbaridir.