İsveçin Daxili İşlər Naziri - Gürcüstanın yetərli səbəbi var ki, xaricdəki vətəndaşlarını geri çağırsın
İsveçin Sveriges Radio-su Stokholmda, Gürcüstanın Daxili İşlər Naziri Giorgi Qvaxaria və İsveçin Ədliyyə Naziri Morqan İohansonun görüşü haqqında məlumat yayır.
Radionun verdiyi məlumata görə, İsveç tərəfi Gürcüstandan tələb etdi ki, İsveçdə müxtəlif cinayətlərə görə həbs edilən Gürcüstan vətəndaşları ölkələrinə geri qaytarılsınlar.
“Gürcüstanın bu vətəndaşlarının İsveç ilə heç bir əlaqələri yoxdur. Qanuna əsasən, onların vətənə qaytarılması məqbuldur. Onların qaytarılmalarının ikinci səbəbi isə, odur ki, İsveç həbsxanaları öz vətəndaşlarımız üçün lazımdır” – dedi Morqan İohansın.
Sveriges Radio-nun yaydığı məlumata görə, İsveçdə törədilən oğurluqların əksəriyyəti xarici vətəndaşlar tərəfindən edilib və Gürcüstan kriminalların ən çox daxil olduğu ölkələr arasındadır. Morqan İohanson bu ölkələri sadaladı: Polşa, Ruminiya, Gürcüstan və Litva.
İsveç medyasının məlumatına görə, xarici ölkə vətəndaşları maşınları oğurlayırlar və həmçinin, yaşlı vətəndaşları soyurlar.
İsveç Daxili İşlər Nazirinin məlumatına görə, bugün Gürcüstanın yetərli qədər səbəbi var ki, İsveçdəki vətəndaşlarını Gürcüstana geri qaytarsın.
Onun dediyinə görə, qeyd olunan məsələ ilə bağlı, İsveç Ruminiya, Litva və Polşa ilə də danışıqlar aparır.