İsveçin Avropa işləri naziri - Gürcüstandakı mövcud vəziyyətdən, nümayişlər və qəbul etdikləri qanundan narahatam
Gürcüstanın Avropa İttifaqı üzvlüyünə doğru irəliləməyi davam etdirməsinin vaxtı çatıb-bu haqda İsveçin Avropa işləri naziri Cesika Rosval Avropa İttifaqı Şurasının bugünkü ministerialı başlamazdan əvvəl deyib.
Rosval, Gürcüstandakı hazırkı vəziyyətdən narahat olduğunu deyib.
“Qeyd etmək istərdim ki, Gürcüstandakı mövcud vəziyyətdən, nümayişlər və qəbul etdikləri qanundan narahatam. İndi Gürcüstanın Avropa İttifaqı üzvlüyünə doğru irəliləməyi davam etdirməsinin vaxtı çatıb” – Rosval bildirib.