İstintaq Xidmətinin əməkdaşları dələduzluq yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək və qrup halında qanunsuz gəliri leqallaşdırmaq faktı üzrə 4 nəfəri ifşa ediblər
İstintaq Xidmətinin əməkdaşları dələduzluq yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək və qrup halında qanunsuz gəliri leqallaşdırmaq faktı üzrə 4 nəfəri ifşa ediblər.
Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq hərəkətləri nəticəsində, əvvəlcədən əlbir olaraq, qrup tərəfindən qulluq mövqeyindən istifadə etməklə və qanunsuz mənimsəmə məqsədi ilə özgənin külli miqdarda əmlakını dələduzluq yolu ilə ələ keçirmək və qrup halında qanunsuz gəliri leqallaşdırmaq faktı üzrə 4 nəfər barəsində cinayət təqibi başladılıb.
“İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər müxtəlif şəxslərin adından onlayn totalizatorlardan birinin veb səhifəsində əvvəlcədən seçilmiş idman oyunlarına mərclər qoyur, oyun başa çatdıqdan sonra isə cinayətkar dəstənin üzvlərindən biri və bu şirkətin səlahiyyətli şəxsi daxili idarəetmə proqramında, süni şəkildə oyunun nəticələrini dəyişirmiş və uduzulmuş biletə qalib statusu verirmiş. Təqsirləndirilən şəxslər bu yolla totalizatora məxsus ümumilikdə 700.000 lariyədək vəsaiti qanunsuz olaraq ələ keçiriblər. Təqsirləndirilən şəxslər qanunsuz yolla əldə etdikləri gəlirin qanuni kimi görünməsini təmin etmək məqsədilə cinayət yolu ilə əldə etdikləri pul vəsaitini iqtisadi dövriyyəyə buraxıblar və 2 avtomobil alıblar. İstintaq prosesində sözügedən avtomobillər, eləcə də cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin bir hissəsi 52 000 ABŞ dolları götürülüb. Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 2-ci və 3-cü hissələri, eləcə də 194-cü maddənin 2-ci hissəsi ilə istintaq aparılır, bu da cəza olaraq 6 ildən 9 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur” – Maliyyə Nazirliyinin İstintaq Xidməti tərəfindən yayılan məlumatda deyilir.