İstintaq Xidməti “zəng mərkəzləri” adı ilə bilinən iş üzrə iki nəfəri saxlayıb
İstintaq Xidməti “zəng mərkəzləri” adı ilə bilinən iş üzrə iki nəfəri saxlayıb

 
Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşlarının həyata keçirdikləri istintaq hərəkətləri nəticəsində, mütəşəkkil qrup tərəfindən başqasının külli miqdarda əmlakının dələduzluq yolu ilə mənimsənilməsi faktı üzrə iki nəfər saxlanılıb.

“İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər mütəşəkkil qrupun digər üzvləri ilə birlikdə vətəndaşların əmlakını aldadaraq mənimsəmək niyətilə, əsasən xarici ölkə vətəndaşları ilə əlaqə qurduqları və ticarətdə guya qazanc əldə etmək vədi ilə pul vəsaitinin yatırılması məqsədilə ticarət platforması yaradıblar, daha sonra dələduzluq yolu ilə mənimsədikləri pul vəsaiti mütəşəkkil qrup üzvlərinin nəzarətindəki hesablara köçürülürmüş.

İstintaqla müəyyən edilib ki, qeyd olunan cinayət sxemi ilə təqsirləndirilən şəxslər xarici ölkə vətəndaşına məxsus təxminən 340.000 lari pulu mənimsəyiblər.

İstintaq prosesində təqsirləndirilən şəxslərin idarəçiliyində olan və Tbilisidə yerləşən “zəng” mərkəzində aparılan axtarış nəticəsində xarici ölkə vətəndaşlarının şəxsi məlumatlarını ehtiva edən məlumatlar götürülüb”- İstintaq Xidmətinin məlumatında deyilir.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 9 ildən 12 ilədək müddətə həbs cəzasını nəzərdə tutan 180 və 194-cü maddələri ilə aparılır. Sözügedən cinayətdə iştirak edən digər şəxslərin müəyyən edilərək ifşa olunması istiqamətində müvafiq istintaq hərəkətləri həyata keçirilir.