İstintaq Xidməti xüsusilə külli miqdarda vergidən qəsdən yayınma faktını aşkarlayıb
Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq hərəkətləri nəticəsində, xüsusilə külli miqdarda vergidən qəsdən yayınma faktı üzrə 1 nəfər saxlanılıb. Məlumatı İstintaq Xidməti yayır.
“İstintaqla müəyyən edilib ki, şirkətlərdən birinin direktoru və faktiki sahibi olan təqsirləndirilən şəxs qanunsuz maddi fayda əldə etmək məqsədi ilə vergi qanunvericiliyini pozaraq, gəliri sistematik şəkildə qeyri-düzgün bəyan edirmiş, bu yolla o, dövlət büdcəsinə aid – 3 098 967 lari məbləğində əsas vergidən yayınıb.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 218-ci maddəsinin ikinci hissəsi ilə aparılır, bu da cəza olaraq 5 ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur” – məlumatda qeyd olunub.