İstintaq Xidməti başqasına məxsus pulun dələduzluq yolu ilə ələ keçirilməsi faktı üzrə bir nəfəri saxlayıb
İstintaq Xidməti başqasına məxsus pulun dələduzluq yolu ilə ələ keçirilməsi faktı üzrə bir nəfəri saxlayıb

 
Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində qanuna zidd olaraq mənimsəmə məqsədilə başqasına məxsus pulun dələduzluq yolu ilə ələ keçirilməsi faktı üzrə bir nəfər saxlanılıb. Məlumatı İstintaq Xidməti yayır.

Qurumdan verilmiş məlumat üzrə, istintaqla müəyyən edilib ki, başqasının əmlakını aldadaraq ələ keçirmək məqsədilə təqsirləndirilən şəxs bir nəfərlə əlaqə saxlayıb, onu vaxtından əvvəl azadlığa buraxma komissiyasında işlədiyinə və konkret məhkum edilmiş şəxsi vaxtından əvvəl azad edə biləcəyinə inandırıb.

“Təqsirləndirilən şəxs cinayət niyətini həyata keçirmək üçün vətəndaşdan 2700 ABŞ dolları alıb və bu zaman o, saxlanılıb. İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsi ilə aparılır, bu da cəza olaraq 4 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur” – məlumatda qeyd olunub.