İstintaq Xidməti saxta sənədlər hazırlama və istifadə faktı ilə əlaqədar iki nəfəri məsuliyyətə cəlb edib

 

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları qrup şəklində saxta sənədlər hazırlanması- istifadə faktı ilə əlaqədar ,müqəssir qismində iki nəfəri məsuliyyətə cəlb ediblər.

İstintaq Xidmətinin məlumatına görə, təqsirləndirilən şəxslərin rəhbərlik etdikləri 4 şirkətin adından saxta müqavilələr bağladığı, tikinti xidmətlərinin göstərilməsi ilə bağlı ümumilikdə 1 milyon 112 min 800 lari dəyərində saxta vergi hesab-fakturaları yazdıqları və həmin saxta sənədlərlə guya tikinti sahəsində iş görmə təcrübələrinin olması təəssüratı yaratmaları, bundan sonra sözü gedən saxta sənədlərdən dövlət tenderlərində iştirak edərkən istifadə etmələri müəyyən edilib.

” Gürcüstan Cinayət Məcəlləsinin 362-ci maddəsinin birinci hissəsi və 210-cu maddəsinin cəza olaraq dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutan ikinci hissəsi ilə istintaq aparılır”- deyə məlumatda deyilir.