İstifadəçilərin tələbi təqdirində, apteklər medikamnetlərin gürcü dilli instruksiyasını verməyə borcludurlar
Gürcüstan qanunvericiliyinə görə, istənilə istifadəçi əldə etdiyi müalicə vasitəsinin gürcü dilli instruksiyasını tələb etməyə hüququ var.
Bu barədə Tibbi Fəaliyyətin Dövlət Tənzimləməsi Agentliyi tərəfindən yayılan bəyanatda deyilir.
Agentliyin məlumatına görə, istifadəçilərin tələbi təqdirində, aptek borcludur ki, farmasevt məhsulunun istifadəsi instruksiyasının gürcü dilli versiyasını çatdırsın.
“Əhalinin məlumatlandırılması məqsədi ilə, aptek gözə çarpan yerdə bəyanat yerləşdirməlidir ki, istifadəçilər dərmanın istifadəsinin gürcü dilli instruksiyasından istifadə və tələb etdiyi an ala bilər. Agentlik qeyd olunan öhdəliyinin dönmədən yerinə yetirilməsinə çağırır”, – Tibbi Fəaliyyətin Dövlət Tənzimləməsi Agentliyi tərəfindən yayılan bəyanatda deyilir.