İstanbulda Ukrayna buğdasının ixracı ilə əlaqədar yaranmış böhranla bağlı dördtərəfli görüş keçirilir
İstanbulda Ukrayna buğdasının ixracı ilə əlaqədar yaranmış böhranla bağlı dördtərəfli görüş keçirilir

 

İstanbulda Ukrayna, Rusiya, BMT və Türkiyə rəsmilərinin iştirakı ilə Ukrayna buğdasının ixracı ilə əlaqədar yaranmış böhranla bağlı dördtərəfli görüş keçirilir.

Ukrayna dünyanın ən böyük dənli bitki ixracatçısıdır və Rusiyanın bu ölkəyə hərbi müdaxiləsindən sonra dənli bitkilərin qiyməti kəskin artıb.

Bundan əvvəl Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Rusiya ilə danışıqlara “iki addım”ın qaldığını bildirmişdi. Rəsmi Kiyev, Ukrayna dənli bitkilərinin blokadadan çıxarılması məsələsini BMT-nin egidiyası ilə həll etmək istəyir.

İstanbulda tərəflər arasında danışıqların keçirilməsindən əvvəl prezident Ərdoğanın Rusiya və Ukrayna prezidentləri ilə telefon danışığı baş tutub və tərəflər Qara dənizdəki limanların blokadadan çıxarılması məsələsini müzakirə ediblər.