İstanbulda taxıl dəhlizinin monitorinqini aparacaq koordinasiya mərkəzi fəaliyyətə başlayıb
İstanbulda taxıl dəhlizinin monitorinqini aparacaq koordinasiya mərkəzi fəaliyyətə başlayıb

 

Ukrayna limanlarından taxıl ixracına dair cümə günü imzalanmış razılaşmada nəzərdə tutulduğu üzrə, İstanbulda taxıl dəhlizinin monitorinqini aparacaq birgə koordinasiya mərkəzi fəaliyyətə başlayıb. Bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akarın Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov ilə görüşündən sonra Türkiyə Müdafiə Nazirliyi tərəfindən dərc olunmuş açıqlamada deyilir.

Türk nazir taxılın daşınmasının başlanması ilə bağlı məlumatı müsbət qiymətləndirib və ilk gəminin tezliklə Ukrayna limanını tərk edəcəyini qeyd edib.

Koordinasiya mərkəzi Ukrayna, Türkiyə, Rusiya və Birləşmiş Millətlər Təşkilatının nümayəndələrindən ibarət olacaq. Mərkəz monitorinqlə yanaşı, gəmilərin, tranzit qrafikləri və limana girişin qeydiyyatını da həyata keçirəcək.