İstanbul hava limanında təyyarənin qəza vəziyyətində enməsi nəticəsində həlak olanların sayı artır

İstanbulda, Sabiha Gökçen beynəlxalq hava limanında “Peqasus” aviaşirkətinin təyyarəsinin qəzalı şəkildə enməsi nəticəsində həlak olanların sayı 3 nəfərə qədər artdı.

Qəza nəticəsində yaralananların sayı isə, 180-dir.

Bu haqda məlumatı NTV kanalı, rəsmi məlumata istinadən yayır.

“Peqasus” aviaşirkətinə aid olan “Boinq-737” İzmirdən İstanbula  gəlirdi və Sabiha Gökçen hava limanında uçuş xəttindən çıxıraq, üç hissəyə bölündü.

Hadisə zamanı güclü külək və yağış var idi.

Bortda 177 sərnişin və 6 ekipaj üzvü var idi.

Peqasus aviaşirkətinin məlumatına görə, təyyarənin bortunda əsasən Türkiyə vətəndaşları var idi.

Sərnişinlər arasında 12 ölkədən 20 xarici vətəndaşı da var idi.