İsrailin Müdafiə Qüvvələrinin yaydığı məlumata əsasən, ötən gecə Qəzza sektorunda 750 hərbi obyekti məhv ediblər
İsrailin Müdafiə Qüvvələrinin yaydığı məlumata əsasən, ötən gecə Qəzza sektorunda 750 hərbi obyekti məhv ediblər

 
İsrailin Müdafiə Qüvvələri gecə Qəzza sektorunda 750 hərbi obyektə zərbə endirib-bu barədə İsrailin Müdafiə Qüvvələri məlumat yayır.

“Onlarla qırıcı təyyarə “HƏMAS” terrorçularına məxsus yeraltı tunellərə, hərbi hissələrə və terrorçuların hərbi komandanlıq mərkəzləri, silah anbarları və komissiya otaqları kimi istifadə edilən iqamətgahlarına zərbələr endirib” -deyə İsrailin Müdafiə Qüvvələrinin bəyanatında deyilir.

Xatırladaq ki, İsrail hərbçiləri Qəzzadakı bütün mülki əhaliyə şimaldan cənuba təxliyəyə dair çağırış edib.