İsrailin müdafiə naziri "HƏMAS"ın Qəzza sektoruna nəzarəti itirdiyini açıqlayıb
İsrailin müdafiə naziri "HƏMAS"ın Qəzza sektoruna nəzarəti itirdiyini açıqlayıb

 
İsrailin müdafiə naziri İoav Qalant “HƏMAS”ın Qəzza sektoruna nəzarəti itirdiyini açıqlayıb.

“HƏMAS-ın İsrailin Müdafiə Qüvvələrini dayandıra biləcək heç bir qüvvəsi yoxdur. İsrailin Müdafiə Qüvvələri bütün nöqtələrə doğru irəliləyir. “HƏMAS” Qəzzaya nəzarəti itirib. Terrorçular cənuba qaçırlar. Mülki əhali “HƏMAS”ın bazalarını talayır”-deyə Qalant açıqlayıb.

O bildirib ki, İsrail qüvvələri “plana uyğun olaraq irəliləyir və tapşırıqlarını dəqiq, öldürücü şəkildə yerinə yetirir”.