İsrailin Qəzza sektoruna endirdiyi aviazərbələr nəticəsində ölənlərin sayı 830-a çatıb, 4250 nəfər yaralanıb
İsrailin Qəzza sektoruna endirdiyi aviazərbələr nəticəsində ölənlərin sayı 830-a çatıb, 4250 nəfər yaralanıb

İsrailin Qəzza sektoruna endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı 830-a çatıb, 4250 nəfər isə yaralanıb. Fələstin Səhiyyə İdarəsi bildirir ki, məlumatların vaxtında yenilənməsinə internetə çıxışın olmaması mane olur.

İsrail Müdafiə Qüvvələri bir müddət əvvəl Qəzza sektoru istiqamətində hava hücumlarını bərpa edib.

Cənubda, Sderot və Kibbutzi yaxınlığında toqquşmaların olduğu bildirilir. Atışma səsi də eşidilir.