İsrailin bir neçə şəhərində "Həmas" girovlarının azad edilməsi tələbi ilə etiraz aksiyaları keçirilib
İsrailin bir neçə şəhərində "Həmas" girovlarının azad edilməsi tələbi ilə etiraz aksiyaları keçirilib

İsrail şəhərlərində on minlərlə insan “Həmas” girovlarının azad edilməsi tələbi ilə etiraz aksiyaları keçirib. Oktyabrın 7-də İsrailə hücumdan sonra “Həmas” 239 nəfəri girov götürüb.

Təl-Əviv, Qüds və digər şəhərlərdə girovların azad edilməsi tələbi ilə nümayişlər keçirilib.

Aksiya iştirakçıları arasında girovların ailə üzvləri, yaxınları və tərəfdarları da olub.