İsrailin Aşdod şəhərində 6-cı əsrin gürcü kilsəsinin mozaik yazısı aşkarlandı
İsrailin Aşdod şəhərində 6-cı əsrin gürcü kilsəsinin mozaik yazısı aşkarlandı

İsrailinin Aşdoş şəhərində aparılan arxeoloji qazıntılar nəticəsində, Tel-Aviv və Laiptsiq Universitetinin arxeoloq qrupları 6-cı əsrin gürcü kilsəsinin mozaik döşəməsinin qalıntılarını aşkarladılar.

Mozaikin üstündəki unikal yazı bildirir ki, orada kilsə xristianlar tərəfindən tikilib.

 

Mozaikdəki yunan dilindəki memorial yazı, kilsəyi tikən episkop Prokofiyə həsr edilir.

Kilsənin tikilməsinin tarixi isə, mozaikdə gürcü təqvimi ilə qeyd olunub.

Alimlərin dəyərləndirmələrinə görə, xüsusi sistemlə qeyd edilən tarix, miladdan 539 il sonraya aiddir.

Bu yazı gürcü təqviminin qədim nümunəsidir.

Arxeoloqların dediyinə görə, Aşdod şəhəri qədim gürcülər tərəfindən sevilən bir şəhər idi. Tarixi mənbələər əsasən, Petre İberi vəfat edənə qədər o şəhərdə yaşayırdı.

Aşdod şəhərindəki qazıntılar 2013-cü ildə başladı.