İsrail ordusu Qəzzaya humanitar yardım üçün "taktiki, lokal fasilələr" elan etdiyini açıqlayır
İsrail ordusu Qəzzaya humanitar yardım üçün "taktiki, lokal fasilələr" elan etdiyini açıqlayır

İsrailin Müdafiə Qüvvələri Qəzzaya humanitar yardım üçün “taktiki, lokal fasilələr” elan etdiyini açıqlayır.

“Bu taktiki fasilələr vaxt və ərazi baxımından məhduddur. Biz həmçinin Qəzzadakı mülki vətəndaşların humanitar yardım ala biləcəkləri daha təhlükəsiz ərazilərə, müvəqqəti olaraq cənuba köçmələri üçün humanitar dəhlizlər təqdim edirik” – İsrailin Müdafiə Qüvvələrinin sosial mediada verdiyi açıqlamada deyilir.

Medianın məlumatına görə, İsrail hərbçiləri müəyyən yerlərdə mətn mesajları və bukletlərdən, eləcə də fərdi telefon danışıqlarından istifadə edərək Qəzzada insanlarla əlaqə saxlayırlar.