İsrail Müdafiə Qüvvələri - Livandan İsrail ərazisinə tank əleyhinə raketlər atılıb, bir vətəndaş həlak olub
İsrail Müdafiə Qüvvələri - Livandan İsrail ərazisinə tank əleyhinə raketlər atılıb, bir vətəndaş həlak olub

Livandan İsrailin şimalında yerləşən Ştul şəhəri istiqamətində tank əleyhinə idarə olunan raket hücumu həyata keçirilib. İsrail Müdafiə Qüvvələrinin məlumatına əsasən, bir vətəndaş həlak olub. Livandan daha bir tank əleyhinə raket İsrail ordusunun sərhəd yaxınlığındakı mövqesinə atılıb. İsrail ordusu cavab olaraq artilleriya atəşi açdığını bildirir.

“Times of Israel” nəşrinin yazdığına əsasən, atəşin açılmasına görə məsuliyyəti “Hizbullah” qruplaşması öz üzərinə götürüb.

Livanla sərhəddə yaranmış gərgin vəziyyətə görə İsrail sərhəd ətrafındakı dörd kilometr radius zonasını bağlayıb və mülki şəxslərin ora daxil olmasını qadağan edib. Livan sərhədi yaxınlığında yaşayan sakinlərdən sığınacaqlara yaxın olmağa çağırılıb.