İsrail Müdafiə Qüvvələri - “Hizbullah” çox təhlükəli oyun oynayır
İsrail Müdafiə Qüvvələri - “Hizbullah” çox təhlükəli oyun oynayır

İsrail Müdafiə Qüvvələri “Hizbullah”ın çox təhlükəli oyun oynadığını açıqlayıb.

“İndiyə qədər cavabımız ölçülü, taktiki idi və (Livan) sərhədinə yaxın ərazilərlə məhdudlaşmışdı. “Hizbullah” çox, çox təhlükəli oyun oynayır. Vəziyyəti gərginləşdirməyə çalışırlar, biz hər gün daha çox hücumlar görürük. Livan dövləti həqiqətən də Qəzzada terrorçular naminə Livanın rifahını və Livanın suverenliyini təhlükəyə atmağa hazırdırmı?”, – deyə İsrail Müdafiə Qüvvələrinin nümayəndəsi Conatan Konrikus bildirib.

Mövcud vəziyyətlə əlaqədar İsrail hakimiyyəti Livan yaxınlığındakı yaşayış məntəqələrindən İsrail vətəndaşlarını təxliyə etmək qərarına gəlib.