İsrail hökuməti Qəzzanın cənub hissəsində atəşkəs əldə olunması haqqında məlumatı təkzib edir
İsrail hökuməti Qəzzanın cənub hissəsində atəşkəs əldə olunması haqqında məlumatı təkzib edir

 
İsrail hökuməti Qəzzanın cənub hissəsində atəşkəs əldə olunması haqqında məlumatı təkzib edir. Bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisinin yaydığı bəyanatında deyilir.

Bundan əvvəl “Reuters” agentliyi İsrailin Qəzza sektorunun cənub hissəsində müvəqqəti atəşkəsə razılaşdığını bildirmişdi.

Onların yaydığı məlumata əsasən, atəşkəsə paralel olaraq Misirlə Qəzza sektoru arasında Qəzza sektorunun əhalisinə humanitar yardım çatdırılması üçün “Rafah” sərhəd-keçid məntəqəsi açılmalı idi. Eyni zamanda, xarici ölkələrin vətəndaşlarına isə Qəzza zolağından çıxmağa icazə veriləcəkdi.

Lakin, İsrailin Baş nazirinin ofisində oxşar razılaşmanın olmadığını deyirlər.