İsrail hərbi aviasiyasının Qəzza sektorunun Xan Yunis şəhərini bombalaması nəticəsində 93 nəfər həlak olub
İsrail hərbi aviasiyasının Qəzza sektorunun Xan Yunis şəhərini bombalaması nəticəsində 93 nəfər həlak olub

 
İsrail hərbi aviasiyasının Qəzza sektorunun Xan Yunis şəhərini bombalaması nəticəsində 93 nəfər həlak olub. Qəzza Səhiyyə Xidmətinin məlumatına əsasən, oktyabrın 7-dən Qəzza sektorunda 3457 uşaq, 2136 qadın və 480 yaşlı olmaqla 8306 nəfər həlak olub.

İsrailin hava hücumları nəticəsində ən azı 21 048 nəfər yaralanıb.

İndiyədək 1950 nəfər, o cümlədən 1050 uşaq itkin düşmüş hesab olunur.

Əl-Ğudsi xəstəxanası təxliyə üçün İsrail ordusundan mütəmadi xəbərdarlıqlar alır.