İsrail qüvvələri ötən şənbə günü İsrailin cənubundakı yaşayış məntəqələrinə hücuma rəhbərlik edən "HƏMAS" komandirlərindən birini öldürüb
İsrail qüvvələri ötən şənbə günü İsrailin cənubundakı yaşayış məntəqələrinə hücuma rəhbərlik edən "HƏMAS" komandirlərindən birini öldürüb

İsrail Hərbi Hava Qüvvələri ötən şənbə günü İsrailin cənub yaşayış məntəqələrinə hücuma rəhbərlik edən “Həmas”ın komandirlərindən biri Əli Qadini öldürüb.

İsrail Müdafiə Qüvvələri bəyan edir ki, kəşfiyyat xidmətlərinin əldə etdiyi məlumata əsasən, Əli Qadi pilotsuz təyyarənin zərbəsi nəticəsində öldürülüb.

Əli Qadi “Həmas”ın “Nuxba” elit qrupunun komandiri idi. 37 yaşlı kişi 2011-ci ildə İsrail əsgəri Qilad Şalit qarşılığında azad edilən minlərlə fələstinli məhbusdan biri idi. O, 2005-ci ildə İsrail vətəndaşlarını qaşırmaqda və öldürməkdə təqsirli bilinərək həbs edilib.