İsrail Eylat şəhərindəki məktəbə dronlarla hücuma cavab olaraq Suriyaya zərbələr endirib
İsrail Eylat şəhərindəki məktəbə dronlarla hücuma cavab olaraq Suriyaya zərbələr endirib

 
İsrail Eylat şəhərindəki məktəbə dronlarla hücuma cavab olaraq Suriyaya zərbələr endirib.

İsrailin Müdafiə Qüvvələrindən verilən açıqlamada hücumun hədəfinin İsrail istiqamətində pilotsuz uçuş aparatını havaya qaldıran təşkilat olduğu deyilir, lakin qurum hansı obyektdən bəhs edildiyini konkretləşdirmir.

“Suriya rejimi bu ölkənin ərazisindən həyata keçirilən bütün terror aktlarına görə tam məsuliyyət daşıyır. İsrailin Müdafiə Qüvvələri İsrail dövlətinin ərazisinə zərər vurmaq cəhdinə qəti şəkildə cavab verəcək”- deyə İsrailin Müdafiə Qüvvələrinin bəyanatında deyilir.