İslandiyada vulkan püskürməsi təhlükəsi ilə əlaqədar fövqəladə vəziyyət elan edilib
İslandiyada vulkan püskürməsi təhlükəsi ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

İslandiyada vulkan püskürməsi təhlükəsi ilə əlaqədar fövqəladə vəziyyət elan edilib. Bir neçə zəlzələ vulkanın püskürə biləcəyi təhlükəsini artırıb. İslandiya hakimiyyəti ölkənin cənub-qərbindəki Qrindavik şəhərinin sakinlərinə şəhəri tərk etməyi əmr edib.

İslandiya Meteorologiya Xidməti Reykyavik yarımadasında və ya yaxınlığında əhəmiyyətli püskürmə riskinin olduğunu bildirib. Açıqlamada yaxın günlərdə püskürmələrin hər an başlaya biləcəyi bildirilib.

Son həftələr vulkanın yaxınlığında minlərlə artçı zəlzələ olduğu bildirilir. Vulkan 2021-ci ildə püskürmədən əvvəl 800 il ərzində yatmış vəziyyətdə idi.