"İslam Əməkdaşlıq Təşkilatı" Qüdsü Fələstinin paytaxtı elan edir
"İslam Əməkdaşlıq Təşkilatı" Qüdsü Fələstinin paytaxtı elan edir

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü 50-dən artıq müsəlman ölkəsinin lideri Şərqi Qüdsü Fələstinin paytaxtı elan edir və hər bir ölkəni Fələstin dövlətini və Şərqi Qüdsü onun işğal olunmuş paytaxtı kimi etiraf etməyə çağırır.

Reuters agentliyinin məlumatına görə, bu barədə İslam Əməkdaşlıq Təşkilatının növbədənkənar bəyannaməsi layihəsində deyilir.

Sənədə görə, sammit iştirakçıları ABŞ qərarını inkar edir və qəti şəkildə qınayırlar.

 

Zirvə toplantısının iştirakçıları hesab edirlər ki, ABŞ İsrailin paytaxtı olaraq Qüdsün tanınması ilə sülh prossesini tərk edir.

İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının növbədənkənar sammitini Türkiyə prezidenti Rəcəb tayyib Ərdoğan, Qüdsün İsrail paytaxtı olaraq Donald Tramp tərəfindən bəyan edilməsindən sonra çağırdı.

İslam Əməkdaşlıq Təşkilatı 57 üzvü, o cümlədən Türkiyə, Azərbaycan, Misir, İran, İraq, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı birləşdirir