“İslam Dövləti” terror təşkilatına qoşulmaqda ittiham olunan 7 nəfərin hamısı barəsində həbs-qətimkan tədbiri seçilib
“İslam Dövləti” terror təşkilatına qoşulmaqda ittiham olunan 7 nəfərin hamısı barəsində həbs-qətimkan tədbiri seçilib

“İslam Dövləti” terror təşkilatına qoşulmaqda ittiham olunan 7 nəfərin hamısı barəsində həbs-qətimkan tədbiri seçilib.

“İslam Dövləti” terror təşkilatına qoşulmaqda və onlara yardım etməkdə, həmçinin odlu silah almaqda və saxlamaqda təqsirləndirilən yeddi nəfərin hamısı barəsində Tbilisi Şəhər Məhkəməsinin hakimi Arsen Kalatozişvili həbs qətimkan tədbiri təyin edib.

Hakim prokurorun həbs müddəti ilə bağlı vəsatətini təmin edib.  

İlkin məhkəmə iclası iyulun 10-na təyin edilib.

İttihamçı tərəfinin bəyanatın əsasən, onların yaşayış yerlərinə keçirilən baxış zamanı Gürcüstandan kənarda terror fəaliyyəti planlaşdırdıqlarını sübut edən dəlillər, o cümlədən elektron məlumat daşıyıcıları tapılıb.

Mayın 17-də Dövlət Təhlükəsizliyi Xidməti məlumat yaydı ki, antiterror mərkəzi genişmiqyaslı xüsusi əməliyyat nəticəsində məhkəmənin qərarı əsasında “İŞİD” terror təşkilatının tərəfdarlarını saxlayıb.