İşğal rejimi tərəfindən yaxalanan və tezliklə azad olunan kişiyə koronavirus üzrə test edəcəklər
Rus hərbçiləri tərəfindən yaxalanan və yaxalandıqdan yarım saat sonra azad olunan 60 yaşlı kişi hazırda “Qormed” klinikasındadır. Klinikada Gürcüstanın Birinci Kanalına bəyan etdiklərinə görə, azad olunanı az öncə gürcü hüquqmühafizəçiləri tibb müəssisəsinə apardılar.
Kişini güman edildiyinə görə, karantin məkanında bir neçə gün saxlayacaqlar. Klinikada deyirlər ki, ona müvafiq müainə, o cümlədən “COVID-19” üzrə yoxlama edilir.
İşğal rejimi Qori munisipalitetinin Axalubani kəndi yaxınlığında 60 yaşına qədər çobanı bu gün yaxaladı. Kişini azad etdilər. Dövlət Təhlükəsizlik Xidmətinin məlumatına görə, qaynat xətt işə düşmüşdü və Avropa İttifaqının müşahidəçilər missiyası nümayəndələri məlumatlandırılmışdı.
Qori munisipalitetinin Axalubani kəndində nümayəndəsi, Tariel Vatiaşvilinin məlumatına görə, kişini rus hərbçiləri kəndin otaracağında yaxaladılar