İşğal olunmuş Qali rayonunda həlak olan İrakli Kvaratsxeliyanı Senakidə, Qardaşlıq Qəbirsanlığında dəfn etdilər
İşğal olunmuş Qali rayonunda həlak olan İrakli Kvaratsxeliyanı Senakidə, Qardaşlıq Qəbirsanlığında dəfn etdilər

İşğal olunmuş Qali rayonunun Nabakevi kəndində, martın 10-da naməlum şəraitdə həlak olan 29 yaşlı, İrakli Kvaratsxeliyanı Senakidə, Qardaşlıq Qəbirsanlığında dəfn etdilər.

Ailəyə başsağlığını hakimiyyətin, müxalifətin və QHT-lərin nümayəndələri verdilər.

İrakli Kvaratsxeliyanı Xurça-Nabakevi ayrıcı xəttində Rusiya işğal rejimi nümayəndələri martın 10-da yaxaladılar. Martın 11-də Abxaziya üzdəniraq Təhlüksizlik Xidməti məlumat yaydı ki, İrakli Kvaratsxeliya kamerada intihar etdi.

Onun cəsədini Gürcüstan mərkəzi hakimiyyətinə martın 13-də Enquri körpüsündə təhvil verdilər.

İşğal olunmuş rejimin, İrakli Kvaratsxeliyanın intiharı barəsində yaydığı bəyanatı ilə, ailə üzvləri və yaxınları razılaşmırlar.