İşğal xətti yaxınlığındakı həyat

İşğal xəttində həyat necədir və işğal altındakı torpaqlara yaxın yaşayan sakinlər hansı problemlərdən əziyyət çəkirlər. Moambe-nin çəkiliş qrupu bu dəfə Saçxere Munisipalitetinin, Perevi kəndinə yollandı. Bu kəndin kənd təsərrüfatı təyinatlı torpaqlarının bir hissəsi işğal altındadır. Kənddə əsas problem olaraq işsizlik göstərilib. Elə məhz bu səbəbdən gənclər kənddə qalmırlar və kənddə sadəcə yaşlı insanlar yaşayır. Gənclərin Perevi kəndini tərk etmələrinin daha bir səbəbi isə işğalçılar tərəfindən vətəndaşların tez –tez saxlanılmasıdır.