İşğal altındakı Donetskdə neft bazası yanır
İşğal altındakı Donetskdə neft bazası yanır

 

Rusiya tərəfindən işğal olunmuş Donetskdə neft bazası yanır. Müvafiq məlumatı rus mətbuatı yayır.

Sosial şəbəkələrdə yanğını əks etdirən kadrlar yayılır.

Donetskin Budenovski rayonunda yerləşən neft bazası yanır. Rus mətbuatı, yanğının Ukraynanın bazaya raket hücumları nəticəsində baş verməsinə dair məlumat yayır. Ukrayna hakimiyyəti sözü gedən məlumatlarla bağlı hələlik şərh verməyib.