İşğal altındakı Abxaziyanın de-fakto xarici işlər naziri Minsk və Moskvaya səfər edib
İşğal altındakı Abxaziyanın de-fakto xarici işlər naziri Minsk və Moskvaya səfər edib

 

Rusiya tərəfindən işğal olunmuş Abxaziyanın de-fakto xarici işlər naziri Minsk və Moskvaya səfər edib.

İşğal altındakı Abxaziyanın qondarma Xarici İşlər Nazirliyinin məlumatına əsasən İnal Ardzinba “Rusiya və Belarus paytaxtlarında aktual qarşılıqlı fəaliyyət məsələlərini müzakirə edəcək”.

Bununla yanaşı, yayılan məlumatlarda işğal altındakı Abxaziyanın de-fakto xarici işlər nazirinin Belarus hakimiyyətinin üzvləri ilə görüşüb-görüşməyəcəyinə açıqlıq gətirilmir.