Tbilisidə, İsani rayonunda, Mtkvari çayının kənarında gənc adamın cəsədi tapıldı.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, cəsədin boğaz hissəsində zədələnmələr var.
Mövcud olan məlumata görə, 1998-ci il təvəllüdlü gənci, ailəsi neçə gündür axtarırdı.
Daxili İşlər Nazirliyinin məlumatına görə, faktla bağlı istintaq aparılır.
Cəsəd Levan Samxarauli adına ekspertiza bürosuna göndərildi.